loading-image

ArtBaget

muasir incəsənətin

nümunəvi işləri

Ətraflı

Bizim haqqımızda

İnteryer dizaynına son dərəcə böyük əhəmiyyət veririk və ən yaxşı məhsul və ən münasib qiyməti təklif etməklə yanaşı mükəmməl

Dekorativ heykəl və aksessuar kolleksiyamız “Casablanca Design” və “Arte Dal Mondo”-dan tutmuş dəb posterlərinə və möhtəşəm çap fotoşəkillərə qədər dəyişən heyrətləndirici əsərlər ilə doludur.

bir atmosfer formalaşdırmaq üçün sizi məsləhətlər və tövsiyələr ilə təmin etməkdən böyük zövq alırıq.Bizim çap edilən sənət əsərlərimiz bir çox müxtəlif evə və interyer dizaynı üslublarına yaxşı yaraşır. Dəb və mətbəx posterləri, təbiət mövzulu divar qrafikası, müasir incəsənət, fotoqrafiya və digərləri arasında seçim edə bilərsiniz. Sifarişçilərimizə təqdim etdiyimiz mükəmməl çərçivə çeşidimiz bizim üçün ayrıca qürur mənbəyidir. Bütün məhsullarımızın məntiqli bir şəkildə kateqoriyalara ayrıldığını nəzərə alaraq, istədiyiniz predmeti çevik surətdə və asanlıqla tapa bilərsiniz.

Baş Direktor

Nərgiz Şahverdiyeva

2010-cu ildə “ART BAGET” şirkəti təsis olunduğu andan etibarən onun rəhbəri və direktorudur. Şirkətin profili art-konsaltinq, sərgi və vernisajların təşkili; görkəmli incəsənət xadimlərinin həyat və fəaliyyəti haqqında müxtəlif çap nəşrlərinin hazırlanması və konsaltinq; həm yaşayış məkanları, həm də ofislərin dizaynı və tərtibatı; interyerin dizaynı üçün müxtəlif obyektlərin istehsalı və təchizatı; incəsənət əsərlərinin sonradan daşınması üçün peşəkar şəkildə qablaşdırılması kimi müxtəlif art xidmətləridir. “ART BAGET” şirkətinin fəaliyyətində xaricdən dekorativ bagetin ixracı və mənzərə rəsmləri, qrafiki vərəqlər və güzgülər üçün çərçivələrin istehsalı xüsusi yer tutur. Şirkət uzun illərdir ki, “QGALLERY-BAKU” və “QGALLERY-BERLIN” qalereyaları ilə sıx əməkdaşlıq edir və birgə bir çox maraqlı layihələr həyata keçirir.

Fəaliyyət göstərdiyi illər ərzində “ART BAGET” şirkəti art təchizatçı qismində və dizayn əşyalarının quraşdırılması üzrə işçi qruplar təqdim edərək, bir çox iri layihələrin həyata keçirilməsində iştirak edib. Bu layihələr arasında:

- Müasir İncəsənət Muzeyi. Baget sifarişi, rəsmlərin çərçivələnməsi və asılması, heykəl və instalyasiyaların quraşdırılması.

- Rəngkarlıq Muzeyi. Baget sifarişi, rəsmlərin çərçivələnməsi və asılması.

- “Unibank”ın inzibati otaqlarının tərtibatı. Almaniyadan posterlərin ixracı, çərçivələnməsi və asılması.

- “JW Marriott Absheron Baku Hotel”in tərtibatı. Dizayner qrupu ilə iş. Xaricdən dizayn əşyalarının – rəngli şüşədən güldanların, divarüstü metal pannoların, baget və güzgülərin ixracı. Şəkillərin çap olunması və çərçivələnməsi, otel otaqlarında quraşdırılması və asılması.

- “Four Seasons Baku” otelinin tərtibatı. Dizayner qrupu ilə iş. Xaricdən dizayn əşyalarının – baget və güzgülərin ixracı. Şəkillərin çap olunması və çərçivələnməsi, otel otaqlarında quraşdırılması və asılması.

- Almaniyada “Berlin Azərbaycan Evi” üçün art layihə

“ART BAGET” şirkəti ilə “Xalq Bank” arasında  2010-cu ildən etibarən həyata keçirilən birgə maraqlı layihələrdən biri “Xalq əmanəti”dir. Layihənin məqsəd və vəzifələri tanınmış Azərbaycan rəssamlarının həyat və yaradıcılığı haqqında parlaq və dolğun rəsm albomlarının yaradılması, rəssamların kitablarının təqdimatı və sərgilərinin təşkilindən ibarətdir. Şirkət 2012-ci ildən sərgilərin təşkilində Heydər Əliyev Mərkəzinin daimi podratçısıdır. Həmçinin, şirkət xaricdə müxtəlif sərgilərlə bağlı konsaltinq və quraşdırma işləri, festivalların təşkili və s. kimi bir çox layihələrdə iştirak edir.

“ART BAGET” şirkətinin tərəfdaşları və müştəriləri aşağıda göstərilən məşhur şirkət və təşkilatlardır:

-  Heydər Əliyev Mərkəzi

- Müasir İncəsənət Fondu

- PASHA Holding

- PAŞA Bank Azərbaycan

- PAŞA Bank Gürcüstan

- SOCAR Azərbaycan

- SOCAR Gürcüstan

- SOCAR Almaniya

- PAŞA İnşaat

- Unibank

- Xalq Bank

- Azərbaycan Futbol Assosiasiyası

 

Bizim xidmətlər


Baget emalatxanası

Baget emalatxanamız 20 ildən artıq təcrübəyə malikdir və ixtisaslaşdırılmış çərçivələmə işini genişləndirdiyimizə görə qürur duyuruq. Hər bir çərçivə keyfiyyətli materiallardan istifadə edilməklə yüksək ixtisaslı işçi qrupumuz tərəfindən emalatxanada yaradılır.

Çeşidimiz

Mükəmməl şəkil çərçivələrindən cəsarətli displey və dayaqlara qədər dəyişən nəhəng çeşid sayəsində Baget emalatxanası hər hansı layihəyə həmin o çatışmayan ünsürü əlavə edə bilər.

İşçi heyətimiz

Diqqətcil işçi heyətimiz daim fərdi tələbləri müzakirə etməyə və praktiki məsləhətlər verməyə hazırdır.

Əsərlərinin saxlanılması və daşınması

Sənət əsərlərinin saxlanılması və daşınması üçün nəzərdə tutulmuş qablaşdırmaların (tubus, karton qutu, taxta qutu) istehsalı Bakı şəhəri daxilində çatdırılma. Nəqliyyat şirkətləri vasitəsilə Azərbaycanın bölgələrinə və digər ölkələrə çatdırılma (təsdiqedici sənədlər ilə birlikdə).