loading-image

Bizim Layihələr

Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun əsas məqsədi yaşından, peşəsindən və maraq dairəsindən asılı olmayaraq hər kəsin sevimli məkanı olacaq kompleks yaratmaqdır. Stadionun tutumu 68700 təşkil edir. Müasir görünümlü stadion onu seyr edənlərə sanki burada idmandan daha artığın tapa biləcəklərin bildirir. Biznes danışıqları, banketlər və ya konfranslar keçirmək, ecazkar tur ziyarəti etmək, dadlı təamları dadmaq və əlbəttə ki, sevimli komandanızın oyunlarını izləmək bir məkanda-ölkənin ən böyük idman arenasında-Bakı Olimpiya Stadionunda mümkündür. Bakı Olimpiya Stadionundakı turlar Sizə Avropanın ən böyük idman arenalarından birin ziyarət etmək, ilk baxışda və oyunlar zamanı görə bilməkdlərinizi görmə imkanı yaradır. Turlar Stadionun ən marağlı hissələrində gerçəkləşdirilir və özünüzü əsl futbolçu kimi hiss etdirir. Kommersiya ərazisi ilə yanaşı müasir konfrans otağı, premium zallar həmçinin də skayboksları da danışıqlar üçün istifadə etmək əvəzolunmaz imkandır. Stadion Sizə yüksək səviyyəli qeyri-idman və əyləncə tədbirləri təklif edir.