loading-image

Bizim Layihələr

Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı

Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib. Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Kiçik yaşlı uşaqlar üçün elektromobil və velosipedlərdən ibarət xüsusi park yaradılıb. Əraziyə 25 adda 150-dək ekzotik quş gətirilib, onların saxlanması və artırılması üçün müvafiq şərait olan Quş parkı yaradılıb. Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6000 m2-dir. Bina 2 və 1 mərtəbəlidir. Binanın I mərtəbəsi 4000m2-dir. Burada qəbul (resepşn) sahəsi, Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis,fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi fəaliyyət göstərir. Konfrans zalı - Seminar, treninq, iclas, prezentasiya, yığıncaq və konfransların keçirilməsi üçün nəzərdə tutulmuş 60 nəfərlik zal rahat mebel, monitor, kompüter və WI-FI sistemi ilə təchiz edilib.