loading-image

Bizim Layihələr

JW Marriott Absheron

Dizayn, Çərçivə və Quraşdırma 250 aynanın qurulması və quraşdırılması 165 divar instalasiyalar 422 rəsm şəkilləri 2673 xüsusi hazırlanmış vazalar "JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur. Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır. Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir. Otelin binasının üst üç mərtəbəsini əhatə edən “Abşeron Spa” mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malikdirlər. İşgüzar görüşlər və konfransların keçirilməsi üçün oteldə təbii Günəş işığı ilə işıqlandırılan 13 iclas zalı vardır. Otelin mirvarisi hesab olunan 1208 kvadratmetrlik sütunsuz “Şərq” zalında böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Otelin həyətindən bulvara çıxan yeraltı keçid tikilmişdir.