loading-image

Təchizatçılar

Bull & Stein

Braziliya Almaniya əməkdaşlığı

Braziliya Almaniya əməkdaşlığının nəticəsində yaranan BULL & STEIN şirkəti 2000-ci ildə Sintiya Steyn və Markus Bull tərəfindən San-Paulo şəhərində təsis edilmişdir. Şirkət yüksək keyfiyyətli keramika heykəllərinin satışı və dünyaya paylanmasında 10 illik uğurlu biznes fəaliyyətini qeyd etdi. BULL & STEIN şirkəti qlobal miqyasda fəaliyyətə başladıqdan qısa müddət sonra məşhur braziliyalı rəssam və dizayner Liza Pappon şirkətdə işləməyə başladı və eksklüziv olaraq BULL & STEIN üçün özünün ekstravaqant keramika alma heykəlləri kolleksiyasını yaratdı. Braziliyada doğulan təsisçi Markus Bull sonradan şirkətin baş ofisini Almaniyaya, Berlindəki Bildhauerwerkstatt Berlin emalatxanasının Direktoru vəzifəsində işlədiyi dünyaca məşhur heykəltəraşlıq emalatxanasına köçürdü. Markusun incəsənət və heykəltəraşlığa olan sevgi və istəyi Liza Papponun yeni forma, texnika və məhsullarla bağlı sonsuz axtarışı ilə mükəmməl şəkildə ahəng təşkil edirdi. Qısa müddət sonra BULL & STEIN şirkətinin yaradıcı komandası dünya bazarlarına ekzotik və gözoxşayan kolleksiyanı uğurla təqdim etdilər. BULL & STEIN şirkəti öz diqqətini dünyanın ən məşhur beynəlxalq dekarotor, memar və rəssamları ilə birgə gözoxşayan konsepsiyaların təqdim edilməsinə yönəldib. Bugün BULL & STEIN Avropa və Asiyada özünün unikal əl işi olan alma heykəllərini istehsal edir. BULL & STEIN qeydiyyatda olan ticarət markasıdır və yalnız şirkətin orijinal heykəlləri özünəməxsus BULL & STEIN mənşə möhürünü daşıyır.