loading-image

Təchizatçılar

Intermol

İspaniya

Valensiyada, şəkil çərçivələri istehsal edən şirkət Intermol 1984-cü ildən bəri bu sahədə fəaliyyət göstərir. Şirkətimiz qısa bir zamanda bütün ölkə ərazisində dinamik və öncül sıralarda olan bir şirkət kimi tanındı. Bizim şirkətin, yarandığı andan etibarən dəyişməz olaraq qalan məqsədi, böyük incəliklə işlənmiş və münasib qiymətə olan bir məhsul satışa çıxarmaqdır. Bununla yanaşı, biz həm də xidmətə xüsusi önəm verməyi də unutmuruq. Bu məqsəd və prinsipləri əsas götürərək, 1998-ci ildən etibarən ölkə xaricində də fəaliyyət göstərməyə başladıq və hal-hazırda, istehsal etdiyimiz çərçivələr bir çox xarici ölkə bazarlarında satılır. Ən son avadanlıq və düzgün seçilmiş xammaldan istifadə edərək, biz sizə yüksək keyfiyyətli məhsul təklif edirik. Çeşid müxtəlifliyi isə sizin üçün geniş seçim imkanı yaradır. Məhsullarımızı istehsal edərkən, ətraf mühiti də unutmuruq, çünki istifadə etdiyimiz xammal, əsasən, meşələşdirmə prosesindən əldə olunur, bunula yanaşı, istehsalatda görülən işlər və məhsulların təbiətə heç bir zərəri yoxdur. Əldə etdiyimiz FSC sertifikatı, bizim şirkətin iş prinsiplərinə tam zəmanət verir.