loading-image

Təchizatçılar

Muscerino Cornici

İtaliya

Çərçivələr üçün hazırlanmış yüksək keyfiyyətli çərçivə taxtalarının əldə olunduğu ağac emalı on altıncı əsrdən bəri sənətkarlıq emalatxanalarında yaranan qədim bir sənətdir. Bu sənət qədim Neapolitan sənətkarlığımızın bir ənənəsi olaraq atadan oğula ötürülmüş bir sənətdir. Ailə modelinə uyğun şəkildə işləyən Muscerino Cornici şirkəti bu ənənənin bir nümayəndəsidir: yəni, burada şirkətin qurucusu olan atanın qırx illik təcrübəsindən istifadə edilir. Emalatxanalarımızda sənətkar meyarlarına uyğun olaraq bacarıqlı işçilərimiz tərəfindən qızılı kağızlı həm hamar, həm də girintili-çıxıntılı qızılı çərçivə taxtaları istehsal edilir. Bundan əlavə hamar və girintili-çıxıntılı çərçivə taxtaları mexaniki zərləmə maşınları ilə də işlənir. Daha sonra bütün emal mərhələləri bir-bir yoxlanılır. Şirkətimizin daha bir güclü tərəfi yalnız böyük həcmli məhsullar üçün olan tələbləri deyil, minimum (100 m) tələbləri də ödəyə bilməkdir. Belə ki, bizim strukturumuz artıq bitmiş və qablaşdırılan məhsullardan ibarət geniş bir ehtiyyata sahibdir. Artıq 200-dən çox modeli ehtiva edən nümunə kolleksiyamız daim yenilənir və təkmilləşir. Məhsul səhifələrində, digərləri ilə birlikdə oksidləşdirilmiş qızılı kağızlı və cızıqlı qızılı kağızlı yeni məhsullarımızı da təqdim edirik.