loading-image

Təchizatçılar

LION

Birləşmiş Krallıq

1977-ci ildə Birmingem, Hoklidə Martin və Marqaret Harrold tərəfindən əsası qoyulan LİON şirkəti fəaliyyətinə şəkil çərçivəsi biznesi ilə başlayıb. Biz həmin vaxt hal-hazırda məhsul çeşidlərimiz içərisində ən çox satılan məhsullardan bir neçəsini - polad lövhələr və vintaçanla birləşdirilmiş tək ülgüclü bucaq kəsici ilə kəsilmiş alüminium qəliblər satırdıq! Martin nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satışı ilə məşğul olduqdan qısa müddət sonra gördü ki, çərçivə xidmətindən əlavə şəkil çərçivəsi ləvazimatlarını paylamaq imkanı da var. Paylama biznesi tezliklə biznesin olduqca böyük bir hissəsinə çevrildi və 1987-ci ildə Martin hal-hazırki binaya köçərək çərçivə satışı xidmətini dayandırdı və paylama işinə daha çox diqqət yetirdi. Bununla LİON şirkəti kataloq və cari məhsulları ticarət sərgilərində müştərilərə nümayiş etdirərək çərçivə avadanlıqları və xırdavat malları təchizatında ixtisaslaşdı. LİON kataloqu hər yerdə əlçatan oldu, hal-hazırda isə çərçivə biznesi ilə məşğul olan hər kəs üçün mütləq olmalı bir kataloqdur. Şirkətimiz böyüdükcə məhsul çeşidimiz də genişləndi, Fine Print markası altında çərçivə avadanlıqları və rəqəmsal çap məhsulları portfelimiz əlavə olundu. LİON hal-hazırda klassikdən tutmuş yeniyə, ənənəvidən tutmuş müasirə geniş üslub, məhsul və profil seçimi təklif edərək taxta və alüminium qəliblərin təchizatçısı kimi tanınır. Komandamız 60-dan çox ölkədə və Heartlands, Birmingemdə anbar, ofis və obyektlərdən ibarət 70.000 kvadrat fut sahədə fəaliyyət göstərir. Biz köhnə, yeni – bütün müştərilərimizin istəklərini qarşılamaq üçün bütün imkanlarımızı səfərbər edir və davamlı olaraq ölkə daxilində və xaricdə incəsənət, çərçivə və rəqəmsal çap məhsullarımızı ticarət sərgilərində nümayiş etdiririk. Məhsullarımızı Avropa, Asiya və son vaxtlar Orta Şərq boyunca 60-dan çox ölkəyə ixrac edirik. Hal-hazırda LİON çeşidlərinə alt çərçivə, bərkidici avadanlıqlar, rəsmlərin asılması üçün sistemlər və çərçivə və çap edilmiş asma panellər üçün lazım olan məhsullar daxildir. BİZ NƏ EDİRİK Biz bazarda çərçivə və asma rəsmlər üçün lazım olan bütün materialların, kətan lövhə və çap edilmiş panellərin aparıcı təchizatçısıyıq. Biz geniş çeşiddə taxta və alüminium çərçivə qəlibləri və ən yaxşı emalatxana ləvazimatları, asma sistemləri və avadanlıqlarının təminatı və təchizatı ilə məşğul oluruq. Keencut, Fletcher-Terry, İnmes, Alfamacchine və Morso kimi çərçivə istehsalı və kəsimi avadanlıqları üzrə məşhur markaların distribütoruyuq. Birmingem anbarımızdakı bütün məhsullarımız mağazalarda mövcuddur. Fəaliyyətimizə yeni başlamağımızdan və ya yüksəlməyimizdən asılı olmayaraq daima bilikli və işlək komandamızla birlikdə çalışırıq.